Azərbaycan Ordusu 27 sentyabrdan başlayan erməni təxribatının qarşısını almaq və torpaqlarımızı azad etmək üçün əks-hücum əməlliyatlarını davam etdiririk, erməni işğalçaları isə tək Dağlıq Qarabağ zonasında deyil, Azərbaycanın digər bölgələrinə dinc sakinlərə zərbə endirməkdə davam edir.

Bu məqalədə mövzu informasiya müharibəsindəndir, əsasən də işğalçı ermənilərin mətbuatda, mediada işğal olunmuş ərizələrdə olən əsgərlərini bütün dunyaya car çəkərək türklər və Azərbaycan ordusu tərəfindən genosidə məruz qaldıqlarını, Azərbaycanı dünyaya bir Aqressor ölkə kimi tanıtmağa çalışırlar.

армянский терроризм

Nəzərinizə çatdırım ki Sosial şəbəkələrdə Ermənistan ordusu tərəfindən məruz qalan dinc sakinlərimizin şəkillərini, öz torpaqlarımızda şəhid olan əsgərlərimizin şəkillərini #StopArmenianAgression #StopArmenianTerrorism hashtag`ləri ilə paylaşaraq müvəqqəti sosial şəbəkələrdə öndə ola bilirik.

Bir xarici vətandaş bu tagları gördükdən sonra əgər maraqlanarsa ilk növbədə axtarış sistemlərində Dağlıq Qarabaq konflikti ilə bağlı axtarış edəcək:

Ermənilər Dağlıq Qarabağ haqqında SEO-da:

Məsələn Google-da Nagorno-karabakh axtarış etsək çıxan saytlar amerikanın müxtəlif tanınmış xəbər saytları, dövlət, qeyri-dovlət təşkilatların saytları ilkin pozisiyaları tutublar. Bir çox saytlar isə Erməni, erməni əsilli və ermənipərəstlərin təşəbbusu ilə həmin saytları öz istədikləri formada qondarma Dağlıq Qarabağ respublikası haqqında məlumat yerləşdiriblər, və həmin saytların page trustdomen reytinqləri çox yüksək olduğundan (bəzi faktorlarda var) öndə çıxırlar. SEO da geotargeting deyilən bir şey var ki, qısaca olaraq bizim hər hansısa xəbər saytı və ya təşkilat bu haqda ətraflı daha geniş məlumat versə və SEO-ya uyğun mətn yazılsa belə, Avropada və Amerika da ilk sıralarda hətta 2-3 səhifədə pozisiya almağımız çox çətin məsələdir.
Hələ biz Azərbaycandan axtarış edərkən belə öz saytlarımız 2 səhifənin axırlarında görə bilərik , IP-address dəyişib avropadan qoşulsaq tam başqa məlumatlarla qarşılaşacıyıq, bunlar erməni diasporasının aktiv və fəal işləməyinin nəticəsidir. Səbəb olaraq isə xaricdə yaşayan çox sayda erməni və erməni əsillilərin müxtəlif mətbuat agentliklərində və digər qurumlarda tutduqları vəzifələridirki bundan da istifadə edərək, xarici vətandaşlara qondarma Dağlıq Qarabaq respublikası tarix boyu bunlara məxsus olduğunu və bizi isə işğalçı kimi görsətməyə çalışırlar.
Təəsüflər olsun ki informasiya mübarizəsinin bu sahəsində geri qalırıq.

Tamamilə ingilis dilli sayt yaradılsa sizcə seo tədbirləri ilə ön sıralara çıxmaq olar?

— Xeyr, ən vacib faktorlardan biri olaraq kontentin ingilis dilində olmağı mütləqdir, amma axtarış sistemlərinin botları təkçə bununla kifayətlənmir, qısaca izah edim ki həmin olkədən ziyarətçilər olmalıdı, həmin olkənin tematikaya uyğun saytlarından backlinklər alınmalıdı, sosial mediadan xeyli sayda sayta siqnallar olmadı, sayta hərəkət faktorları yüksək olmalıdı ( yanı tək bir məqaləni oxuyub 30 saniyədən sonra saytı tərk edən bir ziyarətçi deyil) və daha bir neçə sadalamadığım faktorlar var.

Ümid edirəm ki, qısa zamanda bu məsələ ilə bağlı bir tədbir görulər, məndə həmçinin bütün biliklərimi və bacarıqlarımı bu sahədə paylaşmağa və yardım etməyə hazıram. 

#BizBirlikdəGüclüyük