Yəgin ki fikir vermisiniz bir çox insanlar ozünə bir peşəni seçir, bacardığı qədər onu dərindən oyrənməyə çalışır və öz sahəsinin professionalı olmaq istəyir, təbii ki professional olmaq kimdəsə alınır kimdəsə yox, həyatlarının sonuna dək bir işlə məşğul olurlar.

Digərləri isə tam əksinə gündə bir işlə məşğul olurlar, və yaxut eyni anda bir neçə işlə məşğul olmaqı sevirlər, indi fikirləşirsinizki ki bu cür insanlar hərdəmxəyaldır, xeyr.

Dayverlər və Skanerlər

Dayverlər — məqsədləri hansısa bir mövzunu hər bir detalına qədər öyrənməkdir. Bir işin sonuna qədər getməlidirlər, yoxsa rahatlaşan deyillər.

Bir işi qutarmadan başka işə keçməzlər, tez-tez hələdə nələrisə oxumadıqları və bilmədikləri olduğunu düşünürlər.

Bilmədikləri sahədə yeni işə başlamağa qorxarlar, «birdən alınmaz» deyə düşünürlər. Sadəcə öz karyerasını necə daha yaxşı etməyi fikirləşirlər.

Skanerlər — bu cür şəxsiyyətlər, heç vaxt bir işin üstündə durmazlar, daima nələrisə kəşf etməyi, yeni bir şeylər öyrənməyi istəyirlər, həyatda nə baş verirsə həmişə maraqlı gəlir, skanerlərin devizi

Nə qədər çox — bir o qədər yaxşı!

Çox vaxtı hansısa bir işə başlayan kimi fikirlərin dəyişə bilərlər, artıq həmin iş bir anda maraqsız gələ bilər.

Bu cür insanların hər hansı bir işlə 1 saat belə maraqlansa, həmin sahəyə maraq oyana bilər.

Dayverlər həmişə Skanerlərə hərdəmxəyal deyillər, və onlara «bir işdən yapış, sevdiyin peşəni tap!» Inanın bunu skanerə dedikə çox pis olur, panikaya düşürlər, axı bir işlə necə məşğul olmaq olar? bu ki çox darıxdırıcıdır!

Benjamin FranklinLeonardo da VinciMikhail LomonosovAlbert Einstein , Aristotel , Johann Wolfgang von Goethe kimi dahi skanerlər olublar.

Leonardo da Vinci hətta bir əli ilə yaza digər əli ilə rəsm çəkə biliridi.
Bu Ambidekstria adlanır.

Albert Einstein həm musiqi, həmdə elm lə məşğul olub.

Benjamin Franklin təkcə siyasətçi yox, o bifokal eynək, və sallanan kürsünü icad etmişdir.

Kəmaləddin Heydərov (Azərbaycan Respublikasının I fövqəladə hallar naziri, general-polkovnik) Azərbaycan bəstəkarıdır, dahi skanerlərdən biridir.

Onlar istədiklərinə nail olan insanlardır, və heç vaxt həyat onlara 1 işlə məşğul olmağa məcbur etməyib.

Barbara Sher 1994-cü ildə «Xəyal etmək — ziyan deyil» nəşr etdiyi kitabda deyirki skaner olmaq dünyanı görə bilmək üçün böyük bir vergidir.

Və skanerlərin ideayalarını itirməmək üçün bir gündəliyə ehtiyacı olduğunu deyir.